Ana səhifə / Без рубрики / Gömrük Komitəsi «bir pəncərə» sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir

Gömrük Komitəsi «bir pəncərə» sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda «bir pəncərə» sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

O bildirib ki, «Qoşa Təpə» gömrük postunda «bir pəncərə» sistemini təkmilləşdirmək üçün «bir inspektor — bir nəqliyyat vasitəsi» layihəsinə başlanılıb. Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən «bir pəncərə» sistemində bir neçə gömrük işçisi öz sahəsi üzrə vətəndaşa xidmət göstərirsə, «Qoşa Təpə» gömrük postunda bir əməkdaş bütün sahələr üzrə vətəndaşa xidmət göstərir.

A.Abbasov qeyd edib ki, tətbiq edilən pilot layihə nəticəsində bir şəxsin «bir pəncərə» sistemindən keçmə müddəti 5 dəqiqəyədək azalıb.

Haqqında qarayev

Həmçinin oxuyun

Daşkəsəndə Rayon İcra Hakimiyyəti Başçısı Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovun iştirakı ilə Yolqullar kənd sakinlərinin səyyar qəbulunu keçirmişdir

Daşkəsəndə  ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *