Ana səhifə / Dünya / 2019-cu il Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılıb

2019-cu il Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılıb

Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın 16-da start verilib.

AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai yarışa hazırlığın plana uyğun davam etdiyini bildirib. Qeyd edib ki, Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər. Azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən yararlanmağa çağırırıq.

N.Arpadarai deyib ki, müxtəlif qurumların apardığı sorğunun nəticələrinə əsasən ötənilki Formula 1 Azərbaycan Qran-Prisi birinci olub. Azərbaycan Qran-Prisi 2018-ci ildəki yürüşdə “Ən yaxşı” nominasiyasında qalib adına namizəddir.

BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim yerli sakinlər üçün əlavə 25 faizlik endirimin tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin aprelin 25-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər Formula 1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

“Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaş, xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək. Əvvəlki illərdə olduğu kimi, ötən il də son zamanların ən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha da qüvvətləndirdi. Fürsətdən istifadə edərək bütün Formula 1azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm”, — deyə B.Özərdim bildirib.

BŞH rəsmisi vurğulayıb ki, cari il keçirilən yarışda 20 faiz yerli, 30 faiz isə xarici bilet satışında artım olub. 2018-ci il Formula 1 Azərbaycan Qran-Prisininin tamaşaçılarının 65 faizini yerli, 35 faizini isə əcnəbi izləyicilər təşkil edirdi. Yarışa 78 fərqli ölkədən 94 mindən çox insan gəlmişdi. Ümid edirik ki, növbəti yarışımzda bu rəqəmlərdə artıma nail olacağıq.

Qeyd olunub ki, BŞH dördgünlük biletlər üçün təklif olunan endirim kampaniyasından əlavə 2-15 yaşlı uşaqlar üçün də xüsusi güzəştlər təqdim edir. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir. Həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan birgünlük biletləri əldə edə bilərlər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Haqqında qarayev

Həmçinin oxuyun

Türkiyədə təhsil alan azərbaycanlı məzunlar Bakıda görüşəcəklər

Türkiyənin ali məktəblərinin məzunu olan soydaşlarımız noyabrın 14-də Bakıda bir araya gələcəklər. Türkiyənin Xaricdəki Türklər …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *