Ana səhifə / Dünya / Mariya Stadnik finalda

Mariya Stadnik finalda

Mariya Stadnik finalda

     Azərbaycanın qadın güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib — 4:2 .
7 qat Avropa və birqat dünya çempionu olan idmançı finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib.
Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar.
Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.(report.az)

Haqqında qarayev

Həmçinin oxuyun

Dələduzun məhkəməsi başladı — Vətəndaşlara sosial evlər vəd etmişdi..

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *