Ana səhifə / Dünya / Karateçilərimiz Avropa çempionatında beş medal qazanıblar

Karateçilərimiz Avropa çempionatında beş medal qazanıblar

“Qaraqaplan” karate klubunun yetirmələri Rusiyanın Oryol şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, məşqçi Əli Rəcəbovun rəhbərliyi altında çempionata 5 karateçimiz qatılıb və hamısı mükafat qazanıb. Çempionatda 30 kiloqram çəki dərəcəsində çıxış edən Mədinə Kazımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Turnirdə 10-11 yaşlı idmançıların yarışında Orxan Musayev (50 kq-dan yuxarı) finaladək inamla irəliləyib. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib. Klubun digər üzvləri Nazim Hacıyev (8-9 yaş, 30 kq), Rafael Zeynalov (8-9 yaş, 38 kq-dan yuxarı) və Fərəc Əliyev (10-11 yaş, 40 kq) çempionatı üçüncü pillədə başa vurublar.

 

Haqqında qarayev

Həmçinin oxuyun

Dələduzun məhkəməsi başladı — Vətəndaşlara sosial evlər vəd etmişdi..

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *