Ana səhifə / Mədəniyyət / Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

Milli.Az xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

«Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım… Əlim gəlmir yazmağa».

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Təhməz Təkin
Milli.Az

Haqqında qarayev

Həmçinin oxuyun

Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *