Ana səhifə / İdman / Dünya çempionu olan astaralı idmançı ilə görüş keçirilib

Dünya çempionu olan astaralı idmançı ilə görüş keçirilib

Bakıdakı “Sərhədçi” Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr, kişilər, qadınlar və veteranlar arasında keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında astaralı idmançı qızıl medal qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünya çempionatında Azərbaycanla yanaşı, daha 17 ölkədən 500-dək idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışda ölkəmizi 90 kiloqram çəki dərəcəsində təmsil edən astaralı idmançı Ağadədə Əliyev birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

A.Əliyevi yarışa Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, V Dan qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev hazırlayıb.

Astara rayon gənclər və idman idarəsində dünya çempionu ilə keçirilən görüşdə idarənin rəisi Ərçə Əliyev Ağadədə Əliyevi və onun məşqçisi Nəzərəli Əliyevi böyük uğur münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *