Ana səhifə / Dünya / Futbol üzrə İngiltərə kuboku: “Mançester Siti” komandası “Roterhem Yunayted”i darmadağın edib

Futbol üzrə İngiltərə kuboku: “Mançester Siti” komandası “Roterhem Yunayted”i darmadağın edib

Yanvarın 6-da futbol üzrə İngiltərə kuboku uğrunda turnirin otuzikidəbir final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələnin ikinci ən böyük hesablı qələbəsi “Etihad” stadionunda qeydə alınıb. “Mançester Siti” doğma meydanda “Roterhem Yunayted” komandasının qapısından yeddi cavabsız top keçirib. “Şəhərli”lərin heyətində Rahim Sterlinq (12), Fil Foden (43), Qabriel Jesus (53), Riyad Mahrez (73), Nikola Otamendi (78) və Leroy Sane (85) fərqləniblər. Qonaqların heyətində Semi Acayi 45-ci dəqiqədə avtoqolla yadda qalıb.

Xatırladaq ki, eyni hesab mərhələnin açılış matçında “Tranmere Rovers” ilə “Tottenhem” klubları arasındakı oyunda da qeydlə alınıb. Görüşdə qonaqlar 0:7 hesabı ilə ev sahiblərini darmadağın ediblər.

Turnirin digər iddialı komandalarından “Mançester Yunayted” doğma meydanda “Redinq”i 2:0 hesabı ilə məğlub edib. “Çelsi” doğma meydanda “Nottingem Forest”i (2:0), “Arsenal” isə səfərdə “Bləkpul”u (0:3) məğlubiyyətə uğradıb.

Mərhələnin sonuncu oyununda hazırda Premyer Liqaya vahid liderlik edən “Liverpul” səfərdə “Vulverhempton”un qonağı olacaq.

Haqqında qarayev

Həmçinin oxuyun

Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *