Ana səhifə / Köşə yazılar / Hikmət Babaoğlu: Karaqandadakı hadisə erməni kriminal qruplaşmasının əvvəlcədən planlaşdırdığı cinayətdir

Hikmət Babaoğlu: Karaqandadakı hadisə erməni kriminal qruplaşmasının əvvəlcədən planlaşdırdığı cinayətdir

 

 

 

 

 

 

 

 

Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdikləri cinayət adi bir hadisə hesab edilə bilməz. Bu, erməni kriminal qruplaşması tərəfindən əvvəlcədən planlaşdırılan və qazax türklərinə qarşı erməni düşmənçiliyi ilə müşayiət olunan cinayətdir. Ermənilər hər zaman məskunlaşdıqları yerlərdə xüsusi icma şəklində təşkilatlanaraq cinayətkar qruplar formalaşdırır, öz icma maraqları üçün belə qrupların xidmətlərindən istifadə edirlər. Müəyyən bir mərhələdən sonra isə məskunlaşdıqları ərazinin onların tarixi vətənləri olduğunu iddia edir və etnik separatçılığa başlayırlar. Azərbaycan bu təcrübəni artıq uzun illərdir ki, yaşayır və hazırda ən böyük problemimiz də elə etnik separatçılıq nəticəsində meydana gələn Dağlıq Qarabağ problemidir. “Böyük Ermənistan” şovinizmi zəhəri ilə qidalanaraq böyüyən ermənilər bu yolda özlərinə birinci düşmən türkləri sayırlar. Çünki türk-müsəlmanlara qarşı düşmənçilikdə onları imperialist mərkəzlər dəstəkləyir və təşkilatlanmalarına kömək edirlər. Onların qazaxlara olan nifrəti də elə ümumtürk nifrəti kontekstində formalaşan kindir. Qardaş qazax xalqında milli özünüdərk prosesi yüksək inkişaf mərhələsindədir və bu xalq XXI əsrdə öz tarixi missiyasını layiqincə yerinə yetirə biləcək qədər inkişaf edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, hələ sovet dövründən bəri bütün türkləri eyni gözdə görən ermənilər əllərinə fürsət düşən kimi bunu türklərə qarşı öldürücü silaha çevirməyə çalışırlar. Qardaş özbək xalqına qarşı Qdlyan əməliyyatı, Qazaxıstanda sovet dövründə hakimiyyətin müxtəlif pillələrində təmsil olunan erməni məmurların yerli qazax xalqına qarşı törətdikləri bəlli və bəlli olmayan çoxsaylı cinayətlər də bu nifrətlə izah olunan hadisələrdir. Ermənilər özlərini ali ari irqinə mənsub hesab edərək qazaxları geridə qalmış köçərilər adlandırır və onlara yuxarıdan aşağı baxırlar .Halbuki “haylar” özləri vətəni olmayan qaraçı mənşəli tayfa pozuntularıdır. Bunu etiraf edən erməni tarixçisi Sevordyan da “haylar”ın etnogenezisini boşa, karaçi və hay tayfalarının təşkil etdiyini yazır. Bu vətənsiz tayfaları türklərin, azərbaycanlıların torpaqları hesabına dövlət sahibi ediblər. İndi də Qazaxıstanla bağlı ssenarilər hazırlayırlar. Böyük mədəniyyətdən və qədim tarixçilik ənənlərindən gələn qardaş qazax xalqı artıq hər şeyin fərqindədir və bizim üçün qardaş, müttəfiq olan bu gözəl ölkənin əsla erməni terroruna və separatizminə poliqon olmasına yol verməzlər.

H.Babaoğlu bildirib ki, kazaxlar kas+saklardır, sakların varisləridir. Kas uca, yüksək deməkdir. Kas+Bek, Kazbek, Kaf+Kas, Qafqaz dağlarının adı da eyni semantik mənanı ifadə etməklə qazaxlarla bizim ortaq əcdadlarımızın adı ilə bağlı olan etnotoponimlərdir. Bunu bizdən yaxşı bilən ermənilər Sumqayıt hadisələrində olduğu kimi, Karaqanda hadisəsini də manipulyasiya edərək ictimai rəydə yanlış fikir formalaşdırmağa çalışırlar. Erməni mətbuatı hadisəni əslində azərbaycanlıların törətdiyini, cinayətkarın soyadının qəsdən erməniləşdirildiyini yazdılar. Sonra diqqəti cinayətin baş verdiyi məkana yaxın olan Bakı restoranına çəkmək istədilər. Dolayı yolla iki qardaş xalqın nümayəndələrini bir-birinə qarşı qoymağa çalışdılar. Bunların heç biri baş tutmadıqda isə Ermənistanın xarici işlər naziri qazaxıstanlı həmkarına məsələnin böyüdülməməsi ilə bağlı yalvarmağa başladı. Göründüyü kimi düşmən olduqca hiyləgər və təhlükəlidir. Ona görə də qardaş ölkənin hüquq-mühafizə orqanları qazax xalqına düşmənçilik və nifrət hissi bəsləyən erməni kriminal qruplaşmalarına qarşı daim xüsusi hazırlıqlı olmalı, sərt qərarlar qəbul etməlidir.

Haqqında qarayev

Həmçinin oxuyun

Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *