Ana səhifə / Dünya / Çin ilə Rusiya arasında ticarət dövriyyəsində rekord qeydə alınıb

Çin ilə Rusiya arasında ticarət dövriyyəsində rekord qeydə alınıb

Çin ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il 100 milyard ABŞ dollarını ötüb. Bu, iki ölkənin iqtisadi münasibətlərində rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyinin rəsmisi Qao Fen açıqlama verib. Ötən ili Çin ilə Rusiyanın iqtisadi münasibətlərində məhsuldar dövr kimi xarakterizə edən nazirliyin rəsmisi bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarətin artım tempi Çinin digər əsas ticarət tərəfdaşları ilə olan artımdan daha yüksək olub. Çin ötən il Rusiyanın əsas ticarət tərəfdaşı ünvanını qoruyub, Rusiya isə hazırda Çinin ticarət tərəfdaşları siyahısında 10-cu yerdədir.

Keçən il iki ölkə arasında maşınqayırma və elektrik avadanlığı, yüksək texnologiya və kənd təsərrüfatı məhsulları ticarətində nəzərəçarpan artım qeydə alınıb. Bundan başqa, tərəflər enerji, nüvə, kosmos, transsərhəd infrastrukturu və digər sahələrdə uğurlu əməkdaşlıq edib.

Haqqında qarayev

Həmçinin oxuyun

Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *