Ana səhifə / Dünya / Daha iki erməni əsgər avtomobil qəzasında xəsarət alıb

Daha iki erməni əsgər avtomobil qəzasında xəsarət alıb

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində dekabrda avtoqəzalardan xəsarət alaraq hospitala düşənlərin sayı kəskin surətdə artıb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, altıncı dağ atıcı alayının hərbi qulluqçusu Kaçik Gevorkyan məzuniyyətdə olarkən “Qazel” markalı avtomobildən yıxılaraq xəsarət alıb. Mülki həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, hospitala təxliyə olub.

Başqa bir məlumatda isə beşinci taborun zabiti Rafael Sahakyanın avtoqəza nəticəsində ağır xəsarət aldığı bildirilir. Zabitin qohumlarının yazdıqlarından məlum olur ki, zabit R.Sahakyan Gorus-Xankəndi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanıb. İki gün Gorusda mülki tibb müəssisəsində müalicə olunduqdan sonra o, hərbi hospitala göndərilib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Haqqında qarayev

Həmçinin oxuyun

Sinqapurda yüklərin gəmilərə dronlar vasitəsilə çatdırılması sınaqdan keçirilir

Sinqapurda kiçik həcmli yüklərin pilotsuz uçan aparatlarının köməyi ilə reyddə dayanan gəmilərə və tankerlərə çatdırılması …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *