Ana səhifə / Dünya / Misir Prezidenti ABŞ-ın dövlət katibi ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Misir Prezidenti ABŞ-ın dövlət katibi ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Misirin Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündə ikitərəfli münasibətləri, beynəlxalq və regional, həmçinin terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Qahirədə keçirilən görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəm olduğunu və siyasi problemlər, həmçinin regionda təhlükəsizlik məsələləri üzrə əlaqələndirmə və məsləhətləşmənin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri terrorçuluğa qarşı mübarizədə səylərinə görə Misir Prezidentinə təşəkkürünü bildirib və Qahirənin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb.

Pompeo özünün “Twitter” səhifəsində Prezident Əbdülfəttah əs-Sisi ilə görüşünün məhsuldar olduğunu yazıb: O əlavə edib: “ABŞ regional azadlıq üzrə öhdəliklərə dair məsələlərdə və terrorçuluğa qarşı mübarizədə Misiri bütün gücü ilə dəstəkləyir”.

M.Pompeo misirli həmkarı Sameh Şükri ilə də görüş keçirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Qahirəyə səfəri onun Yaxın Şərq ölkələrinə davam edən ziyarəti çərçivəsində həyata keçirilib.

Haqqında qarayev

Həmçinin oxuyun

Sinqapurda yüklərin gəmilərə dronlar vasitəsilə çatdırılması sınaqdan keçirilir

Sinqapurda kiçik həcmli yüklərin pilotsuz uçan aparatlarının köməyi ilə reyddə dayanan gəmilərə və tankerlərə çatdırılması …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *