Ana səhifə / Dünya / Qoca Senyora narahat olmağa başlayıb?

Qoca Senyora narahat olmağa başlayıb?

Bunu 22 oyunda cəmi 6 xal itirmiş komanda haqqında demək hər nə qədər qəribə səslənsə də, Yuventus da bəzən büdrəyir. Hal-hazırda Seria A-da 22 oyundan sonra 9 xal fərqlə bariz lider olsalar da, belə görünür ki, böhran Juventusun qapısını döyməyə hazırlıaşır. Hətta, İtaliyanın “nəvazişli” La Repubblica qəzeti belə bu barədə öz “şirin dilini” pozub.

Bunu qısa müddətli fırtınaya bənzədənlər olsa da, Avropanın ən az top buraxan komandalarından birinin 4 günə 6 top buraxmağı xeyrə əlamət ola bilməz. Atalantaya İtaliya Kubokunda 3-0 — lıq məğlubiyyətin ardından öz evində Parma ilə 3-3 bərəbərə qalan Juventus son 2 topu 20 dəqiqə ərzində buraxdı.

Bütün bunlarla birlikdə bəzi yüngülləşdirici səbəbləridə yaddan çıxarda bilmərik. Chiellininin Atalanta ilə oyunda əzələsini dartması, Barzaglinin və Bonuccinin isə onsuzda zədəli olub “Dukali” – yə qarşı oyunu buraxmaları buna misal ola bilər. Parmaya qarşı oyun həm də 2011-dən bu yana məhşur müdəfiə üçlüsündən heç birinin oynamadığı ilk belə oyun idi. Mehdi Benatianın Al-Duhail-ə satılması Allegrininin seçim imkanlarını xeyli azaltmışdı. Daniele Ruganinin yanında start heyətinde oyuna çıxan Martin Caceres cəmi 1 həftə qabaq yenidən Yuventusa qoşulub.

Klubun prezidenti, Andrea Agnelli, oyunçuların üstünə sezonun əvvəlində bütün turnirlərdə uğur qazanmaq kimi ciddi məqsəd qoysa da, Atalantaya məğlubiyyət artıq bunun mümkün olmayacağı deməkdir. Alleqrinin başçılığı altında ilk dəfədiki Yuventus qızıl dubl edə bilməyəcək.

Çempionlar liqasının 1/8 mərhələsində Atletiko Madrid – lə qarşılaşma üfüqün o tayındakı qaraltıya bənzəyir. Turində hər hansı böhrandan birmənalı danışmaq hələlik ədalətli görünməsə də, müdafiənin 3 ən vacib oyunçusundan 2-in; Bonucci və Barzaglinin birinci oyuna qədər hazır olmayacağı dəqiqdir. Deməli, Qoca Senyoranın narahat olmaq üçün kifayət qədər səbəbi var.

Tural Rzazadə

 

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *