Ana səhifə / Köşə yazılar / Oğlu Antalyada ölən ana Mehriban xanım Əliyevaya müraciət etdi

Oğlu Antalyada ölən ana Mehriban xanım Əliyevaya müraciət etdi

Xəbər verildiyi kimi, Müstəqil.Az saytı Bakı sakinləri olan Hüseynovların ailə faciəsi barədə geniş araşdırma prosesinə start verib. Ötən yazıda (http://www.mustaqil.az/2019/01/31/emin-antaliyada-olduruldumu-bir-ail%C9%99-faci%C9%99sinin-tarixc%C9%99si/?fbclid=IwAR2guURJJYDxpfGzFESOwrtqob5o5fDEPw8cNeqH9a6iC3VV38GsmNuFTEg) Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 də yaşayan Bəybala Qaraş oğlu Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun məzmunundan müəyyən dəlillər dərc edilmişdı. Məktubda dəhşətli bir cinayətdən bəhs olunur, atanın oğul övladının müəmmalı ölümündən böyük stress keçirdiyi diqqətə çatdırılırdı.Bu arada onun həyat yoldaşı, müəmmalı şəkiləd dünyasını dəyişmiş Emin Hüseynovun anası, həmin ünvanda yaşayan  Elmira Əlimusa qızı Hüseynova da birinci xanıma müraciət edib. Ana Mehriban Əliyevaya ünvanlanladığı məktubun bir surətini də  Müstəqil.Az-a göndərib. Həmin müraciəti oxucularımızın diqqətinə çatdırırıq:

Çox hörmətli, Mehriban xanım!

İşlərinizin bu qədər bol olduğu zaman vaxtınızı aldığıma görə məni qınamayın. Mənim bir qadın, tək övladı qətlə yetirilmiş bir ana olaraq Sizdən başqa üz tutmağa kimsəm yoxdur.

Fevralın 2-də cənab Prezidentimizin Gənclər günü ilə bağlı keçirdiyi böyük tədbirdə qazi zabitimizin çıxışı zamanı ekranda sizin kövrəldiyinizi gördüm, gözlərinizin  ifadəsi, hər kəsə doğma görünən baxışlarınız məndə Sizə müraciət etməyə güc verdi. İnandım ki, Siz doğurdan da bütün Azərbaycan övladlarına bir ana, bir rəhbər kimi eyni gözlə baxır, hər bir ləyaqətli gənci öz övladınız kimi görə bilirsiniz.

Əziz Mehriban xanım!

Sizin dəfələrlə kimsəsiz uşaqların, qoca və qarıların qayğısına qalmanız, onlara yaratdığınız şərait xalqmız tərəfindən rəğbətlə qarşılanır. İnsanlarımızın rifahının yüksəlməsi istiqamətində həyat yoldaşınız, cənab prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı, köməkçisi kimi birlikdə apardığınız hər bir uğurlu siyasət ümüdü hər yerdən üzülən insanlarımıza yaşamaq eşqi verib və verməkdədir. Mənim də Sizə müraciət etməyimin səbəbi budur. Siz bir xanım, bir ana olaraq da humanist addımlarınızla, verdiyiniz qərarla mənim yaralı ürəyimə məlhəm olacaqsınız – buna əminəm. Bu həm Sizin özünüzün və mənsub olduğunuz nəslin humanistliyindən, həm də  gəlin olaraq getdiyiniz ocağın – Ulu öndər Heydər Əliyev ocağının,  şəxsiyyətinin haqqı nahaqqa verməməsi, kimliyindən aslı olmayaraq cinayətkara öz yerini göstərərək, cəzalandırmasının şahidi olmağımızın əminliyidir.

Əzizimiz və ümüd yerimiz Mehriban xanım!

Sizə müraciətimin səbəbi oğlumun ölümünün araşdırılmaması və bütün hallarda bu ölümün izinin itirlməsidir. 2017-ci ilin 18 avqust ayında tək oğlum, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Hüseynov Emin Bəybala oğlu Türkiyənin Antalya şəhərində kənardan verilən zəhərli maddə ilə zəhərləndirilərək öldürülüb.

Oğlum gənc idi. Heç bir il deyildi toyunu etmişdik. Elə böyük arzularımız vardı ki… Nəvəmiz olacaqdı, oğlumuz ata, biz  isə həyat yoldaşımla baba və nəvə olacaqdıq. Bizə o sevinci yaşamağa qoymadılar…Oğlumun ölümünə sifariş verdilər.

Sizə bu məktubu yazdıqca hər cümlənin sonunda ölüb, yenidən dirilməyimi heç kəs hiss edə bilməz. Ancaq siz bir həssas xanım, övladlarını dəlicəsinə sevən bir ana kimi məni duya bilərsiniz. And olsun balamın narahat ruhuna, bu fikrə düşməyimdə əmin olmama səbəb Sizin minlərlə insana olan analıq, böyüklük etməyinizdir!..

Əziz Mehriban xanım!

Oğlumuzu işə götürüb, bizdən 200 min dollar rüşvət alanlar onun ölümündən sonra öz əməkdaşlarının dünyasını dəyişməsinin səbəblərini heç araşdırmaq üçün də bir iş görmədilər. Əksinə, mane oldular. Sorumlarımıza, sorğularımıza olunan etinasızlıq yerə-göyə belə sığmaz, bu soyuq münasibəti ürəyimizdə necə yerləşdiririk, ifadə etmək çətindir.

Oğlumun müammalı ölümündən sonra cənazəsi dərhal Bakıya gətirilib. Bu haqda heç Azərbaycanın Türkiyədəki səfirliyinə də məlumat verilməyib. Türkiyə tərəfi bu cinayətin üstünün bağlanmasında maraqlı olub və bu gün də sorğularımıza düzgün cavab verilmir. Həyat yoldaşım Hüseynov Bəybala Qaraş oğlunun səyi nəticəsində bəzi mühüm sənədlər, video görüntülər, telefon danışıqları əldə etmişik. Türkiyədə tutduğumuz vəkillər işi araşdırıb axıra çatdıra bilmədilər. Onlara təzyiq olunub, bu işdə Azərbaycandan maraqlı adamlar var, deyilib. Azərbaycandan olunan təzyiqlər nəticəsində araşdırma yarımçıq qalsa da, cidanı çuvalda gizlətmək mümkün olmur. Yoldaşıma bu işin arxasında Azərbaycanda olan yüksək rütbəli məmurların durduğu bildirilib. Yoldaşımın da oğlumun işlədiyi Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin – Mühüm Dövlət İdarəsinin rəhbərləri ilə görüşü və telefon danışıqları olub. Oğlumun işə götürülməsi üçün çox böyük məbləğdə rüşvətin alınması ilə onun qısa müddətdə zabit rütbəsi alaraq müstəntiq kimi işləyəcəyini söz verənlərin əməlləri, danışıqları “Türkiyədən Azərbaycandan  təzyiq var”, – deyiminin doğru olduğunu sübuta yetirir.

Çox hörmətli Mehriban xanım!

Həyat yoldaşım dəfələrlə Prezidentimizə, Sizə, Ramiz Mehdiyevə, Fuad Ələsgərova, Respublika Prokurorluğuna, DİN-nə, XİN-ə,Milli Məclisə, DTK-a və DTK-nın Baş Kəşfiyyat İdarəsinə ünvanladığı məktublara heç bir cavab verilməyib. Oğlumun işlədiyi idarədən vurulan telefon zənglərindən başqa heç bir reaksiya verilməyib.

Bu müraciətimi Sizə mətbuat vasitəsi ilə ünvanlayıram. Poçt vasitəsi ilə unvanlayacağım məktubların Cənab Prezidentə və Sizə çatacağına şübhəm var. Cavabsızlıq məni belə düşünməyə vadar edir.

Məktubda şübhələndiyimiz insanların adını çəkmirəm. İstəmirəm ki, dövlətimizin çox mühüm bir orqanında yüksək görəv sahibi olanların adı ictimailəşsin. Bu bəzi insanların dövlətimizin başçısının uğurlu siyasətinə kölgə salamaq istəyənlərə bir fürsət vermiş olar… Amma ailəmizdə bir əminlik var ki, Sizin diqqətiniz, göstərişiniz və nəzarətiniz altında bu cinayətin üstü açıldıqda həmin insanların da adı bəlli olar.

Əzizimiz Mehriban, xanım, sizə bir ana kimi yalvarıram. Sinəsi oğul dərdindən param-parça olan bir ana kimi qarşınızda baş əyirəm, xahiş edirəm, bizim ailənin dərdinə biganə qalmayın, günahkarların cəzalandırılmasına yardım edin.

Əlimizdə cinayətin sifarişçilərinin kimlər olması haqda təkzibolunmaz faktlar var…”

 

P.S: Müstəqil.Az-da qalın, saytımızı izləyin. Mövzu diqqətdə saxlanılır…

Ötgün

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *