Ana səhifə / Dünya / Dünyanın “xeyirxahlıq mələyi” Rohingya qaçqınlarını ziyarət edib

Dünyanın “xeyirxahlıq mələyi” Rohingya qaçqınlarını ziyarət edib

Dünyanın “xeyirxahlıq mələyi” adlandırılan Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Anjelina Jolie Banqladeşdə qaçqın düşərgələrində məskunlaşmış Rohingya müsəlmanlarını ziyarət edib.

AZƏRTAC BMT-nin informasiya mərkəzinə istinadla xəbər verir ki, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığını təmsil edən məşhur aktrisa 3 gün müddətində Banqladeşin Kox Bazar şəhərində Kutapalonq qaçqın düşərgəsində acınacaqlı şəraitdə yaşayan insanlarla görüşüb, onlara humanitar yardım göstərəcəyini bildirib. O, həmçinin Banqladeş hökumətinin də bu qaçqınların problemləri ilə bağlı ehtiyacları ilə maraqlanıb.

A.Jolie Banqladeşin Baş naziri Şeyh Hasina Vecid və xarici işlər naziri Abdul Momen ilə Dəkkədə keçirdiyi görüşlərdə də Rohingya müsəlmanlarına yardım məsələlərini müzakirə edib.

2017-ci ilin avqustundan bəri Myanmada hökumətin silahlı qüvvələrinin təqib və qətllərindən qaçan 1 milyona yaxın Rohingya müsəlmanı Banqladeşdə sığınacaq tapıb. Onlardan 620 mini Kutapalonq düşərgələrində yerləşdirilib. Silahlı münaqişə başlayandan Myanmada 24 min müsəlman öldürülüb.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *