Ana səhifə / Dünya / İranın milli istehsalı olan yeni pilotsuz uçan təyyarə təqdim edilib

İranın milli istehsalı olan yeni pilotsuz uçan təyyarə təqdim edilib

İran İslam İnqilabının 40-cı ildönümü ilə bağlı Tehranda açılmış milli aviasiya sərgisində bu ölkənin milli istehsalı olan yeni pilotsuz uçan təyyarə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, təyyarəni İranın Hərbi Hava Qüvvələrinin briqada generalı Əziz Nəsirzadə təqdim edib. Bildirib ki, sanksiyalara baxmayaraq, son 40 il ərzində İranın hərbi sənaye kompleksi inkişaf edərək yeni nailiyyətlər qazanıb. Təqdim olunan pilotsuz uçan təyyarə də həmin nailiyyətlərdən biridir.

Yeni təyyarənin xüsusiyyətlərindən danışan general bildirib ki, istehsal prosesində istifadə olunan cihazlar və avadanlıqlar tam olaraq İrana məxsusdur. Z.Nəsirzadə diqqətə çatdırıb ki, bu gün İran pilotsuz uçan təyyarə istehsalı üzrə dünyada 5-ci yeri tutur.

Xatırladaq ki, fevralın 2-də bu sərgidə İran yeni raketlərini də nümayiş etdirmişdi. Sərgidə İran hərbi aviasiya sahəsində əldə etdiyi böyük uğurları xalqa və beynəlxalq ictimaiyyətə göstərir.

Sərgi fevralın 11-dək davam edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *