Ana səhifə / Ölkə / Övladlığagötürmə sahəsində beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır

Övladlığagötürmə sahəsində beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır

Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq plan əsasında işlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaradılmış işçi qrup tərəfindən bır sıra yerli və xarici mütəxəssislərlə, QHT-lər, həmçinin UNICEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır.

Bundan başqa beynəlxalq konsaltinq şirkəti olan “McKinsey&Company”, valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir. Əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə əlaqədar beynəlxalq təcrübə öyrənilir.

Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *