Ana səhifə / İdman / Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu olub

Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu olub

Ağır atletika üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadınlardan sonra körpücük üzərinə 55 kiloqram çəki dərəcəsində kişilər çıxıb.

Qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Toplam 190 kiloqram (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kiloqram (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kiloqram (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100 — dək atlet qüvvəsini sınayır.

Çempionatın keçirilməsi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədi daşıyır.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *