Ana səhifə / kriminal / Axtarışda olan şəxs Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb

Axtarışda olan şəxs Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu qurumun və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxananın qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd bıçaq aşkarlanıb.

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *