Ana səhifə / Dünya / Bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Əlvida Emiliano.

Bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Əlvida Emiliano.

hakimiyyət.com UEFA-nın rəsmi saytına istinadən bildirir: UEFA bu həftə keçiriləcək bütün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının oyunlarının , Emiliano Salanın xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayacağını təsdiqləyib.

Nantdan Kardif-Sitiyə transfer olunduqdan sonra,  klubun düşərgəsinə qoşulmaq üçün yola düşən Emiliano, birlikdə səyahət etdiyi pilot David İbbotsonla 21 yanvarda İngilis Kanalının üzərində qəzaya uğramışdı. Tapıldıqdan sonra yalnız fevralın 7-sində Salanın nəşi rəsmi olaraq tanındı.

“UEFA-dakı hər kəsin adından, Emiliano Salanın vəfatına görə, onun ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verirəm,” UEFA-nın prezidenti Aleksander Ceferin. “Salanın çox gənc yaşda bizdən ayrılması məni dərindən kədərləndirdi. Buna görə qitədəki bütün tərəfdaşlarımızı növbəti günlərdə onun əziz xatirəsini yad etməyə çağırıram.”

Argentinada doğulmasına baxmayaraq, karyerasının böyük hissəsini Fransada keçirən Emiliano Salanın ruhunu yad etmək üçün, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə, iştirakçılar meydana qara qol sarğısı ilə çıxacaqlar. Əlvida Emiliano…

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *