Ana səhifə / Köşə yazılar / Mübarizəni kişi kimi apararlar, Vidadi!

Mübarizəni kişi kimi apararlar, Vidadi!

Son vaxtlar ölkədən kənarda özlərini müxalifət adlandıran bəzi əqidəsi bəlli olmayan, intellekt səviyyəsi yas məclislərində belə danışmağa çatmayanlar Azərbaycan xalqına yol göstərir, xalqa necə yaşamağı öyrədirlər. Pul qazanmaq, dolanmaq lazımdır, ancaq Vətənin, xalqın nifrətiylə yox. Vətəni satmaqla qazanılan pul xeyir-bərəkət gətirməz. Çünki bu Vətəndə sənin əcdadların, əzizlərin yaşamış, bu Vətənin torpağına gömülmüşlər. Kimlərə və nəyə görəsə Vətənə xəyanət etmək, xəyanətkarların öz diliylə desək, şərəfsizlikdir. Şərəfsizdən xalqa, dövlətə nə fayda ola bilər?! Ölkədə hansı zamanlarda kimin rəhbər olmasından asılı olmayaraq, həmişə dövlətə və rəhbərliyə qarşı şəbədə deyənlər olub, yenə də olacaq. Kimin əyri, kimin düz işləməsini xalq və tarix onu yazanlardan daha yaxşı bilir.
Mübarizənin sivil yollarını dünyaya öyrətməyə çalışan Avropa və ABŞ mcahidləri əslində acınacaqlı bir durumdadırlar. Onlar həmişə bir ölkəyə müdaxilə etmək istədikdə, oradakı hakimiyyəti öz adamlarına vermək fikrinə düşəndə, ilk öncə bu ölkəyə özlərinin dediyi kimi,- «şakallarını»-yəni çaqqalarını göndərirlər. İndi baxın, bu xalqa kənardan və daxildən nə qədər çaqqal «dərs» deyir, «yol» göstərir. Məgər çaqqalın dovlətə və xalqa bir xeyri dəyə bilərmi? Əsla yox! Nə vaxtsa çaqqalın pələng və ya şir olduğunu görmüsünüzmü, qətiyyən bu mümkün deyil. Bu həmən çaqqallardır ki, rayonlara gedərkən yol boyu maşınların təkərləri altda qalaraq ölmüş, iylənərək üfünətə çevrilmişlər.
Bu günlər internet vasitəsilə xaricdən xalqa «yol» göstərmək iddiası ilə camaşırxana makinası fırladan Vidadi İsgəndərli iddia edir ki, guya Prezident İlham Əliyevin əmisi akademik mərhum Cəlal Əliyevin məktubu onun cangüdənlərindən birinin vasitəsilə ona göndərilmiş, orada İlham Əliyevin özünün və ailəsi haqqında xoşagəlməyən məlumatlar verilmişdir. Bu məqamda düşünürsən ki, Azərbaycanda döğulan, yaşayan, prokurorluq orqanında çalışan, vəzifə tutan bir şəxs yəqin ki, müsəlman olar və Allahın Peyğəmbəri(s)nin buyurduğu kəlamı danmaz. Peyğəmbər(s) buyurur: «Kim mömin kişiyə və ya qadına böhtan atırsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.»(Biharul-Ənvar, c.75, səh.194, hədis 5) Yəqin ki, Allahdan qorxan bir müsəlman bunun nə demək olduğunu başa düşər. Əgər o, müsəlman deyilsə, bu, bir kafir kimi onun öz günahıdır. İmam Səccad(ə) isə böhtan haqqında belə buyurmuşdur: «Kim camaatda olan eyb barəsində danışsa,camaat onda olmayan eybi ona aid edər.»( Biharul-Ənvar, c.78, səh.194, hədis 99) İndi Vidadi İsgəndərlidən soruşmaq lazımdır ki, mübarizə üçün bu qədər yalana, iftira və böhtana ehtiyac varmı? Axı Cəlal Əliyevi tanıyanlar yaxşı bilir ki, bu insan emosional, çılğın və sözünü deyən idi, ancaq heç zaman əxlaqsız insanlara əxlaqsızcasına danışmağa imkan vermirdi. Cəlal Əliyev heç vaxt nə İlham Əliyev, nə də Mehriban xanım haqqında o sözləri deyə bilməzdi. Bu xalq arasında süni yolla reytinq xatirinə Vidadikimilərin «layk» toplamaq üçün laykanın iştahında başqa bir şey deyil…
Bağışlayın, səhərdən oturub kompüter qarşısında düşünərək yazıram, ancaq unutmuşam ki, öz ölüsünə hörmət qoymayandan bundan artıq nə gözləmək olar!
Növbəti görüşlərimizədək,

 

Füzuli Əfqanoğlu,
AJB-nin üzvü

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *