Ana səhifə / İqtisadiyyat / Sahib Ələkbərov: Vergi Məcəlləsinə dəyişikilklərdə məqsəd sahibkarlığın dəstəklənməsidir

Sahib Ələkbərov: Vergi Məcəlləsinə dəyişikilklərdə məqsəd sahibkarlığın dəstəklənməsidir

Bu il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə dəyişikliklərin bir çoxu sahibkarlığın dəstəklənməsinə, vergi uçotunun şəffaflaşdırılmasına və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına yönəldilib.

AZƏRTAC xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini vurğulayıb ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif sahələrdə vergi güzəştləri tətbiq olunur: “1999-cu ildən fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Bu, çox böyük güzəştdir və belə güzəştlərə dünyada nadir hallarda rast gəlinir. Həmin güzəştlərin müddəti bu ildən daha 5 il uzadılıb. Bəzən vergiödəyiciləri bunu hesabatlılığın pozulması kimi də başa düşürlər, bəyannamələri vaxtlı-vaxtında vermirlər, rəqəmləri düzgün göstərmirlər. Bu isə vergi uçotunun pozulmasına gətirib çıxarır. Nəticə etibarilə vergidən yayınma halları təkcə kənd təsərrüfatı sahəsini deyil, tədarükçü, ixracatçı və digərlərini də əhatə edir. Bunların qarşısını almaq üçün ilk növbədə, şəffaf və dürüst vergi uçotu qurulmalıdır. Biz bu istiqamətdə digər dövlət orqanları ilə birgə ciddi işlər aparırıq”.

S.Ələkbərov ələvə edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər hər şeydən əvvəl sahibkarlar üçün daha rahat biznes və vergi mühitinin formalaşdırılmasına yönəldilib: “Belə ki, məcəlləyə dəyişikliklərdə əsas məqsəd sahibkarlığın dəstəklənməsi, eləcə də “kölgə iqtisadiyyatı”nın azaldılmasıdır. Eyni zamanda, vergi inzibatçılığının sadələşdirilməsi, təkmilləşdirilməsi və digər məsələlər də başlıca istiqamətlərdən biridir”.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *