Ana səhifə / Dünya / Əfsanə «Real-Madrid»ə qayıtdı.

Əfsanə «Real-Madrid»ə qayıtdı.

 Zinəddin Zidan qayıtdı

                                                                                      

Martın 11-də «Real-Madrid» komandasının idarə heyəti iclas keçirib. Santiago Solarinin baş məşqçi vəzifəsindən göndərilməsi, əvəzinə isə bütün azərkeşlərin səbirsizliklə gözlədiyi adın – Zinəddin Zidanın komandaya yeni baş məşqçi təyin olunması qərarını verib. Kral klubu dünən axşam saatlarında öz qərarını ictimaiyyətə rəsmən elan etdi. Qərara əsasən Santiago Solari başqa vəzifədə komandadakı işini davam edəcək.

“Prezident məni çağırdı və mən burdayam, çünki bu klubu sevirəm”-deyə  Zinəddin Zidan fikrini açıqlayıb.

Əfsanə ilə müqavilə 3 illik bağlanılıb və onun artıq «Real-Madrid»də sükan arxasına keçdiyi bildirilir. Bu münasibət ilə demək olar ki, bütün kral klubu azərkeşləri bayram abu-havasındadırlar.

“Bu tamamilə yeni bir layihənin və yeni bir dövrün başlanğıcıdır. Dünyanın ən yaxşı baş məşqçisi buradadır. Sədaqətinə və bizimlə birlikdə olma istəyinə görə Zizuya təşəkkür edirik.” Klubun prezidenti Florentino Peres belə deyib.

“Bilirəm ki, bu hamı üçün xüsusi bir gündür. Ən əsası odur ki, mən xoşbəxtəm və prezidentin dediyi kimi şadam ki, evə qayıtmışam. Deməyə artıq heç nə yoxdur, qayıtdığıma görə çox xoşbəxtəm və işləmək, komandanı layiq olduğu yerə daşımaq istəyirəm. İndi bütün fikrimi sabahkı məşqə yönəltmişəm”

İspan mətbuatından verilən mənbələrə görə, Zidanın adının komandada artıq ucadan səslənməsinə keçən həftə Santiago Bernabeuda faciəvi «Ajax» məğlubiyyətindən sonra başlanılıb. Hansı ki, bu məğlubiyyətdən sonra «Real-Madrid»in son 9 ildə ilk dəfə olaraq heç bir mükafat qazanmayacağı rəsmiləşmişdi.

Zidan komandanı 3 dəfə ardıcıl çempionlar liqası qalibi etdikdən sonra komandadan getsə də, hələ də Santiago Bernabeunun yaxınlığında yaşayırdı. “Mən uzağa getməmişdim, çünki hələ də burda yaşayırdım. Hər şeydən əsası isə bu klub və bu heyət üçün işləmək istəyirəm.”

Zidanın Real-Madriddəki yeni erası şənbə günü Selta Viqoya qarşı oyunla start götürəcək.

Tural Rzazadə

Haqqında qarayev

Həmçinin oxuyun

Sinqapurda yüklərin gəmilərə dronlar vasitəsilə çatdırılması sınaqdan keçirilir

Sinqapurda kiçik həcmli yüklərin pilotsuz uçan aparatlarının köməyi ilə reyddə dayanan gəmilərə və tankerlərə çatdırılması …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *