Ana səhifə / Elm və təhsil / Badamdar qəsəbəsində bayram tədbiri keçirilib

Badamdar qəsəbəsində bayram tədbiri keçirilib

Martın 12-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək Prezident İlham Əliyevin bütün sahələrə diqqət yetirdiyini, şəhid ailələrinin xüsusi qayğı ilə əhatələndiyini vurğulayıb. Bildirib ki, 2019-cu il ölkəmizdə iqtisadi inkişafla başlayıb. Müavinətlər, pensiyalar artırılıb. Novruz bayramınadək isə 1928 şəhid vərəsəsinə birdəfəlik ödəmələr veriləcək. Bütün bunlar ölkə başçısının əhalinin sosial rifahının yaxşılaşdırılmasına böyük əhəmiyyət verdiyinin göstəricisidir.

Sonra “Açıq mikrofon” keçirilib. Sakinlərin təklif və müraciətləri dinlənilib, həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.

 

 

Haqqında qarayev

Həmçinin oxuyun

Bayramınız mübarək, əziz həmvətənlər!

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *