Ana səhifə / Dünya / Rəqib komandada Kristiano Ronaldo varsa, hərəkətlərinizə fikir verməlisiniz!

Rəqib komandada Kristiano Ronaldo varsa, hərəkətlərinizə fikir verməlisiniz!

1958-ci ildə Ədəbiyyat Nobel mükafatını qazanıb, 2 il sonra avtomobil qəzasında dünyasını dəyişən məhşur Əlcəzair əsilli fransız yazıçısı Albert Kamyu belə deyirdi, “Həyatla bağlı hər şeyi futboldan öyrəndim”. Bəlkə də həqiqi futbol azərkeşlərinin, onu sevənlərin sevgisi futbolun həyatla təxminən eyni prinsipləri daşımasından irəli gəlir. Başqa heç bir idman növündə bunu bu qədər bariz görmək demək olar ki, mümkün deyil.

Gecə Turində baş verənlər bunun sübutu idi. «Yuventus» Madriddə 2-ci hissədə ard-arda 2 qol buraxsa da bu oyunda onların geri qayıdacağına inanlar kifayət qədər idi. İlk dəqiqələrdən  oyuna dominantlıq etməyə başlayan italyanlar sanki nə qədər istəkli olduqlarını göstərməyə çalışırdılar. Əslində «Atletiko-Madrid»-in müdafiə olunacağı məlum idi. Hər halda hər komanda öz ən yaxşı bacardığı işi görməyə çalışır. Məsələni qəlizləşdirən müdafiə olunmağa çalışdıqları komandada Portuqaliyanın arxa küçələrindən gələn bir əks-səda  – Kristiano Ronaldo var idi. O, Yuvenin hər 3 qolunun altına öz imzasını atıb, belə demək olarsa komandanı çiyinlərində ¼ finala daşıdı.

Əgər xatırlıyırsınızsa turun ilk oyununda 2-ci qoldan sonra madridlilərin baş məşqçisi Diego Simeone İspaniyanın əxlaqsız təbəqələrinə məxsus bir hərəkətlə yadda qalmışdı.Ronaldo eyni hərəkəti öz 3-cü qolundan sonra edib, Diegoya hərəkətlərinə fikir verməli olduğunu xatırlatdı. Simeone çətin ki, bir də belə səhvə yol versin.

«Atletiko-Madrid» La Liqada «Barselona» və «Real-Madridə» artıq illərdiki baş ağrısı olan bir komandaya xas təcrübə ilə neynəməli olduğunu bilməli idi. Görünür aradan keçən 2 həftədə onlar Turində neyləyəcəklərini  tapa bilməyiblər.

Juventus – Atletiko Madrid 3 – 0 (3-2)

Tural Rzazadə

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: