Ana səhifə / Dünya / İspaniya La Liqası: «Barselona» böyük hesabla «Real Betis»ə qalib gəlib

İspaniya La Liqası: «Barselona» böyük hesabla «Real Betis»ə qalib gəlib

Martın 17-də İspaniya La Liqasında 28-ci turun mərkəzi oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu «Benito Villamarin» stadionunda baş tutub. Turnir cədvəlinin hazırkı lideri «Barselona» səfərdə «Real Betis» komandasının qonağı olub. Görüş kataloniyalıların 1:4 hesablı qələbəsi ilə başa çatıb. «Barselona»ın heyətində Lionel Messi (18, 45, 85) het-triklə yadda qalıb digər bir qolu Luis Suares (63) vurub.

Meydan sahiblərinin təsəlli qoluna isə 82-ci dəqiqədə Loren Moron imza atıb.

Bu qələbə sayəsində «Barselona» turnir cədvəlində 66 xalla liderliyini davam edir, «Real Betis» isə 39 xalla 8-ci yerdə qərarlaşıb.

İyirmi səkkizinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

«Real Sosyedad»-«Levante» — 1:1;

«Hueska»-«Deportivo Alaves» — 1:3;

«Real Madrid»-«Selta Viqo» — 2:0;

«Atletik Bilbao»-«Atletiko Madrid» — 2:0;

«Leganes»-«Girona» — 0:2;

«Eybar»-«Real Valladolid» — 1:2;

«Espanyol»-«Sevilya» — 0:1;

«Valensiya»-«Getafe» — 0:0;

«Villareal»-«Rayo Vallekano» — 3:1.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *