Ana səhifə / Dünya / “Mercedes-Benz” 95 min avtomobili Çindən geri çağırır

“Mercedes-Benz” 95 min avtomobili Çindən geri çağırır

Almaniyanın məşhur istehsalçısı “Mercedes-Benz” Çin bazarında satığı 95 min avtomobili sükan nasazlığı ilə əlaqədar geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər “Mercedes-Benz”in Pekindəki müştərək müəssisəsində 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan “E” və “GLC” sinif nəqliyyat vasitələridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin sükan sistemindəki nasazlıqların qəzalara səbəb olacağını güman edirlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *