Ana səhifə / Köşə yazılar / MÜƏMMALI QƏTLİN MÜƏMMALI ARAŞDIRMASI

MÜƏMMALI QƏTLİN MÜƏMMALI ARAŞDIRMASI

Bir neçə aydır ki, ölkə mediasının gündəmindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Bəybala oğlu Hüseynovun Türkiyədə ailəsilə birlikdə istirahətdə olarkən zəhərləndirilərək öldürülməsi haqqında müxtəlif məlumatlar düşmür. Emin Hüseynovun atası Bəybala Huseynovun ölkənin bütün rəhbər orqanlarına, Türkiyə Respublikası Prezidentinə, müxtəlif səfirlik və nümayəndəliklərə müraciətinin də Baş Prokurorluq tərəfindən araşdırılmaması məsələyə sözügedən orqanın qərəzli yanaşmasından xəbər verir.

Görəsən nə baş verir? Bu müraciətlərin araşdırılmasına mane olan nədir? Bəybala Hüseynovun şikayəti hansı səbəblərdən dövlət strukturlarını narahat etmir? Bir nəfərin keçisi itəndə, birinin 3-5 manatlıq əşyası oğurlananda hüquq-mühafizə orqanlarına müraciət etdikdə onlar dərhal hərəkətə keçir, bütün KİV-lərdə bu orqanların operativ əməliyyatından, cinayətkarı taparaq cəzalandırmasından yazırlar. Bu məsələdə hansı qaranlıqlar var ki, Baş Prokurorluq Türkiyədən müstəntiq çağırmaq istəyir? Məgər Bəybala Hüseynovun iddiasına görə bu sui-qəsdin motivini təşkil edən  Baş Prokurorluğun yüksək vəzifəli şəxslərinin korrupsiya əməlini Türkiyədən gələn müstəntiqlərmi yoxlayacaq? Yaxud iddiaya görə  sifarişlə Emin Hüseynovun qətlində bilavasitə iştirakı iddia edilən «Avanqard Travel» MMC-nin rəhbəri Yeganə Nağıyevanın əməlllərinimi yoxlayacaq? Suallar çıxdıqca, müəmmalı qətlin təfərrüatları daha dərin məqsədlərdən xəbər verir. Bizsə bu məsələnin gündəmdə olmasını nəzərə alıb araşdırılmasını davam edirik

 

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *