Ana səhifə / Dünya / «Liverpul» — «Çelsi». Çempionluq və «Çempionlar Liqası».

«Liverpul» — «Çelsi». Çempionluq və «Çempionlar Liqası».

«Premyer Liqa»da turun mərkəzi oyunu «Liverpul» və «Çelsi» komandaları arasında baş tutacaq. Əfsanəvi «Enfield Road»da oynanılacaq oyun hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. «Liverpul» hal-hazırda 2 xal fərqlə «Mançestr-Siti»dən öndə olsa da onlar bir oyun daha çox keçiriblər. Bu gün itirəcəkləri 2 və ya 3 xal onlara çempionluq bahasına başa gələ bilər. Sonuncu dəfə 1989/90 sezonunda «Premyer Liqa» çempionluq kubokunu başları üzərinə qaldırdıqlarını nəzərə alsaq, indi bütün «Liverpul» azərkeşləri 29 illik həsrətə son qoymağa nə qədər yaxın olduqlarını başa düşürlər.

Yurgen Klop «Liverpul»a gəldiyi ildən komanda üçün böyük işlər görüb və liqada çempion olmaq yəqin ki, onun ən böyük arzularından biridir. Keçən il «Çempionlar Liqa»sının finalına qədər çıxa bilsələr də sonda «Real-Madrid»ə məğlub olmuşdular. Bu sezon isə həftənin ortasında «Porto»nu 2-0 məğlub edərək yarım finala ən real namizəddirlər.

Bu gün isə liqa çemionluğu uğrundakı yarışda onlara əsas əngəl son 6 «Premyer Liqa» oyununda «Enfield Road»da Liverpula məğlub olmayan «Zadəganlar»dır. Liverpul nəyin bahasına olursa olsun «Çelsi»ni məğlub edib «Mançestr-Siti»ylə son ana qədər mübarizə aparmaq niyyətindədir. Problem ondadır ki, London sakinlərinin ağlından tamam başqa fikirlər keçir. Çünki onların da özünə görə ciddi mübarizəsi var.

Maurizio Sarrinin sezonun sonunda komandadan gedəcəyi deyilsə də sanki, bütün bu şaiələr «Çelsi» büdrəyəndə üzə çıxır. İşlər azacıq qaydasına düşən kimi Sarrinin adını çəkən tapılmır. Əlbəttə, bütün bunlar futbol dünyası üçün çox adi və normal haldır.

«Çelsi» cümə axşamı «Avropa Liqası»nda Çexiyanın «Slavia Praga» komandası ilə üz-üzə gəldi və ispan müdafiəçi Markus Alonsonun son dəqiqələrdə vurduğu qolla yarım final mərhələsi üçün böyük üstünlük qazandı. Qeyd edək ki, «Avropa Liqası»nın finalı «Bakı Olimpia Stadionu»nda keçiriləcək və «Çelsi» bu finala əsas namizədlərdən biridir.

«Çelsi»nin özünə məxsus mübarizəsi ilk 4-lük uğrundadır. İlk iki yerin artıq bəlli olduğunu nəzərə alsaq, qalan 2 yer uğrunda 4 komanda «Tottenhem» , «Arsenal» , «Çelsi» və «Mançestr-Yunayted» amansız mübarizə aparır. Bu baxımdan da «Çelsi» bu gün əlindən gələnin ən yaxşısını etməyə məcburdur. Artıq oyunun  başlamasına bir neçə saat qalıb və bütün futbol ictimaiyyətinin gözü bu oyunda olacaq. «Premyer Liqa»da bir çox məsələyə, böyük ölçüdə Bakı vaxtı ilə saat 19:30-da aydınlıq gələcək. Bu möhtəşəm oyunu qaçırtmaq, bir futbol azərkeşi üçün yəqin ki, bağışlanılmaz olar.

Tural Rzazadə

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *