Ana səhifə / Köşə yazılar / AZƏRBAYCANIN BİRİNCİ XANIMI VƏ I VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVAYA HÜSEYNOV BƏYBALA QARAŞ OĞLU TƏRƏFİNDƏN A Ç I Q M Ə K T U B

AZƏRBAYCANIN BİRİNCİ XANIMI VƏ I VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVAYA HÜSEYNOV BƏYBALA QARAŞ OĞLU TƏRƏFİNDƏN A Ç I Q M Ə K T U B

                                                                                                                                                                    ÇOX HÖRMƏTLİ MEHRİBAN ARİF QIZI!

Baş Prokurorluğun əməkdaşı oğlum Hüseynov Emin Bəybala oğlu 18 avqust 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində müəmmalı şəkildə zəhərləndirilərək qətlə yetirildikdən sonra, ölkənin rəhbəri hörmətli Prezidentimiz İlham Əliyevə, şəxsən Sizə və hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsəm də, bugünədək heç bir əməli tədbir və cavab yoxdur. Hətta qəbulunuza yazılıb katibliyinizə rəsmi şəkildə müraciətlərimi təqdim etmişəm. Düşünürəm ki, Sizə bu haqda məlumat verilməyib. Əks təqdirdə Siz bu acıya biganə qalmazdınız. Məcbur olub mətbuat vasitəsi ilə hər kəsi məlumatlandırmaqla məsələnin ictimailəşməsinə başlamışam. Bu məsələ mətbuatda işıqlandırıldıqdan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubov məni qəbul etdi və bildirdi ki, bu günə qədər onun  bu məsələdən məlumatı olmayıb. Mən şəxsən onun özünə dəfələrlə müraciət etdiyimi bildirib -“Əgər həqiqətən bu məsələ sizdən gizli saxlanılıbsa, bu dövlətə qarşı bir təxribatdır, insanları ölkənin rəhbərinə qarşı qaldırmaqdır”-dedim.

Belə hallar ölkə rəhbərinin və Sizin gördüyünüz  böyük işlərə kölgə salmaq niyyəti daşıyır. Sizin sosial problemlərin həllində gördüyünüz işlər, məmur özbaşınalığına qarşı  apardığınız mübarizə  göz önündədir. Bunu görməmək olmaz. Belə məmurlar Sizin  gələcək siyasətinizdə bir qara ləkədirlər. Belə ləkənin təmizlənməsinin zamanı çatmışdır. Çünki belə məmurların insanların problemlərinə qarşı biganə qalması, onları öz problemlərini həll etmək üçün Avropa ölkələrinə müraciət etməyə vadar edirlər. Bu da Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzuna mənfi təsir göstərə bilər. Əslində hər bir problemin həlli üçün Avropa dövlətləri ilə eyni səviyyədə olan dövlətimiz , həmin dövlətlərin rəhbərlərindən nüfuzlu rəhbərimiz, daha humanist prinsipial qanunlara söykənən Konstitusiyamız var. Hər bir problemin ölkəmizdə həlli vardır, əgər məmurlar öz səlahiyyətlərini aşmasalar. Ona görə belə halların qarşısı alınmalıdır.

  Oğlumun qətlinə səbəb onun Baş Prokurorluğa işə qəbulu zamaı alınmış  200 000,00 ( iki yüz min ) ABŞ dolları məbləğində rüşvətin  və işə qəbuldakı qanunsuzluğun ört-basdır edilməsi və bununla da cinayətin izinin itirilməsidir. İşə qəbul üçün hazırlanmış dosye hal-hazırda Baş Prokurorluqda saxlanılır, hər vəchlə bu işin ört-basdır edilməsinə çalışırlar. Mən bu cinayətdə Baş Prokurorluğu ittiham edirəm, bəlkə mən yanılıram. Baş Prokurorluq isə bugünədək susur. Bu cür ağır ittihamın qarşısında Baş Prokurorluğun susması mənim yanılmadığımı bir daha təsdiq edir. Əslində ilk müraciətimdən sonra Baş Prokurorluq araşdırmaya başlamalı idi.

Qətlə yetirilən Baş Prokurorluğun əməkdaşı, ittiham olunan Baş Prokurorluqdursa, onların bu məsələ ilə bağlı obyektiv araşdırması, mümkün deyildir.

Odur ki, bu cinayət işinin  araşdırılması Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi daha qanunauyğun  olardı.

Hörmətli Mehriban Arif qızı! Bu məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə  xüsusi tapşırıq verməyinizi bir çarəsiz ata kimi Sizdən artıq dərəcədə xahiş edirəm. Mən Sizə güvənirəm və inanıram ki, hamının problemlərinə biganə qalmadığınız kimi, mənim  tək və gənc oğlumun qətlinə də biganə qalmayacaqsınız.

Hörmətlə, Bakı şəhəri,  Səbail rayonu, Badamdar qəsəbəsi,

T.Məmmədov küçəsi ev 18,  mənzil 11-də  yaşayan

 Hüseynov Bəybala Qaraş oğlu 

+99455 215 20 17

15 aprel  2019-cu il

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *