Ana səhifə / Dünya / Misir prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün terrorizmlə mübarizəni dəstəkləyir

Misir prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün terrorizmlə mübarizəni dəstəkləyir

Misir Liviyada təhlükəsizliyin və sabitliyin təmin olunması üçün terrorizmə qarşı mübarizə səylərini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir prezidenti Əbdül Fəttah əs-Sisi Liviya milli ordusunun feldmarşalı Xəlifə Xaftarla görüşü zamanı bildirib.

Bildirilib ki, Misir prezidenti Liviyada bütün ölkə ərazisində xalqın mənafeyinə uyğun təhlükəsizliyə və sabitliyə nail olunması və suveren ölkənin yaradılması üçün terrorizmə, ekstremizmə və üsyançı qruplaşmalara qarşı mübarizə sahəsindəki səyləri dəstəklədiyini təsdiq edib. Bu addım Liviyanın xalqının istəklərinə uyğun ölkənin ən müxtəlif sahələrdə bərpasının və dirçəlişinin başlanmasına imkan yaradacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *