Ana səhifə / Dünya / Türkiyədə “Rəngli qaçış” festivalı keçirilib

Türkiyədə “Rəngli qaçış” festivalı keçirilib

Türkiyənin İzmir şəhərində “Color Sky 5K” “Rəngli qaçış” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival zamanı iştirakçılar şəhərin Karşıyaka bölgəsindən Mavişehir sahilinə doğru qaçıblar. İştirakçılar finişə müxtəlif rənglərə boyanmış halda çatıblar. Beş kilometrlik yürüşün hər kilometrində iştirakçıların üstünə müxtəlif rəngli kirşan tökülüb.

Bu il Türkiyədə altıncı dəfə keçirilən festivalın əsas məqsədi sağlam həyat tərzinin təbliğ etməkdir.

Təşkilatçılar bugünədək keçirilən festivallarda 37 minədək vətəndaşın iştirak etdiyini bildiriblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *