Ana səhifə / Dünya / Yaponiyada işçi vizası almaq istəyən əcnəbilər üçün ilk imtahan keçirilib

Yaponiyada işçi vizası almaq istəyən əcnəbilər üçün ilk imtahan keçirilib

Yaponiyada işçi vizası almaq istəyən əcnəbilər aprelin 14-də keçirilən ilk imtahana qatılıblar.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Yaponiya hökuməti ölkədə işçiyə kəskin şəkildə artan tələbatı ödəmək üçün 14 sahə üzrə əcnəbilərin sayını artırmağa çalışır. Yapon danışıq dili və texniki imtahandan uğurla keçən əcnəbilərə yeni vizalar veriləcək.

Yaponiya Turizm İdarəsinin bildirdiyinə görə, həmin gün 761 əcnəbi mehmanxana sənayesi sahəsində işləmək üçün təşkil olunan imtahanda iştirak edib. Onlardan təxminən 130 nəfəri Nəqliyyat Nazirliyinin Tokioda yerləşən auditoriyalarının birində imtahana qatılıb.

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *