Ana səhifə / Dünya / Hindistanda baş verən fırtınada 47 nəfər həyatını itirib

Hindistanda baş verən fırtınada 47 nəfər həyatını itirib

Hindistanda baş verən fırtına nəticəsində 47 nəfər həyatını itirib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, fırtına ölkənin əsasən mərkəzi və qərb əyalətlərində fəsadlar törədib. Təksə Racəstan əyalətində fırtına və ildırım vurması səbəbindən 24 nəfər ölüb. Madya Pradeş ştatının başçısı Kamal Nas bu əyalətdə 10 nəfərin həyatını itirdiyini bildirib. Qucarat və Maharaştra əyalətlərində 13 nəfər təbii fəlakətin qurbanı olub. Baş nazir Narendra Modi özünün Twitter səhifəsində həyatını itirənlərlə bağlı böyük üzüntü duyduğunu bildirib. Modi vəziyyətin yaxından izlənildiyini vurğulayıb.

 

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində «ZTE» Korporasiyasının sədri Li Cisue ilə görüşüb. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *