Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanında 37 terrorçu edam edilib

Səudiyyə Ərəbistanında 37 terrorçu edam edilib

Səudiyyə Ərəbistanında krallığın terrorçuluqda ittiham olunan 37 vətəndaşı haqqında çıxarılan ölüm hökmü icra edilib.

AZƏRTAC xəbər verir ki, bu məlumat ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb. Qeyd olunub ki, müttəhimlər ekstremist ideyaların həyata keçirilməsində, sabitliyin pozulması üçün terrorçu yuvalarının yaradılmasında, dinlərarası ədavətin qızışdırılmasında, ölkədəki sabitliyə və təhlükəsizliyə xələl gətirməkdə təqsirli biliniblər. Onlar, həmçinin partlayıcı qurğulardan istifadə etməklə güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını qətlə yetirməkdə ittiham ediliblər.

Edam ölkənin altı şəhərində — Ər-Riyad, Məkkə, Mədinə, Şarkiyə, Kasim və Asirədə yerinə yetirilib.

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: