Ana səhifə / Dünya / Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub

Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub

Aprelin 26-28-də Bakıda keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə təminatı üçün zəruri tədbirlər görülüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, eləcə də beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Daha keyfiyyətli radiorabitə xidmətləri və TV yayımı üçün yüksək parametrlərə malik optik kabel və 500-dək radiotezlik nominalı ayrılıb.

Bu da yarışlar zamanı istifadə ediləcək radioelektron vasitələrinin, televiziya və FM radio proqramlarının maneəsiz işinə imkan verəcək.

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: