Ana səhifə / Dünya / «Barselona» bu dəfə «Liverpul»u Çempionlar Liqasından uzaqlaşdıra biləcək?

«Barselona» bu dəfə «Liverpul»u Çempionlar Liqasından uzaqlaşdıra biləcək?

«Barselona» 43 il ərzində 4 dəfə qarşılaşdığı «Liverpul»u heç vaxt Avropa turnirindən kənarlaşdıra bilməyib. Bu oyunlardan 2-si məğlubiyyət, 2-si isə heç-heçə ilə yekunaşıb. 4 oyunda Barselona cəmi bir dəfə, 12 il qabaq Deko ilə Liverpulun qapısına yol tapa bilib.

«Barselona»nın şənbə günü «Levante» ilə 1-0 oynadıqları oyun əgər bu gün təkrarlansa ola bilsin ki, heç Messi də köməyə çata bilməsin. Əvəzində Məhəmməd Salah səhnəyə çıxa və komandasını çiyinlərində daşıya bilər. İstənilən halda Yurgen Klopun komandası «Nou Kamp»a böyük əzm və inamla gediblər.

Dünən «Tottenhem»in Lononda «Ayaks»a məğlub olmasından sonra onların finala ingilis klubu kimi çıxma şansının xeyli azaldığını nəzərə alsaq, ingilis futbolunun pərəstişkarları bu gün «Liverpul»a azərkeşlik edəcəklər.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq və «CBC Sport» kanalında canlı yayımlanacaq.

Tural Rzazadə

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: