Ana səhifə / İdman / «Barselona», Lionel Messi, 3-cü və 600-cü qol.

«Barselona», Lionel Messi, 3-cü və 600-cü qol.

Artıq «Liverpul»un finala çıxması üçün möcüzə olmalıdır. Van Dayk oyundan əvvəl çox iddialı danışsa da Messini nəinki o, heç 11 nəfər belə saxlaya bilmədi. Axı, cərimə zərbəsindən sonra vurulan o vahiməli qolun qarşısını necə almaq olardı?! Nə Allisonun səhvi var idi, nə «Liverpul»un. Problem onda idi ki, topun arxasına Messi keçmişdi.  Düz 2005-ci ilin may ayının 1-də Messi «Barselona» forması ilə ilk qolunu vurmuşdu. Aradan keçən 14 il, mayın 1-i və 600-cü qol Çempionlar Liqasının yarım finalında «Nou Kamp»da «Liverpul»a qarşı vuruldu.

 

Oyuna nəzər salsaq, «Liverpul» böyük cəsarətlə «Barselona»ya qarşı, özüdə səfərdə açıq futbol oynadı və məğlub oldu. Bəlkə də qələbə qazanmaq üçün biraz qorxaq olmaq ya da bəzən sadecə qorxmaq lazımdır. «Liverpul» bütün oyun boyu son saniyəyə qədər cəsarətlə hücum etdi və cəzalandırıldı. İlk qol olmasa da, növbəti iki qol bunun nəticəsi idi.

Yurgen Klopp bu dəfə səhv taktika qurmuş, oyundan əvvəlki nitqi səhv etmişdi. Onlar üçün indi həm Premyer Liqanı həm də Çempionar Liqasını qazanmaq çox çətin görünür. İngilislər yarım finalın məğlublarıdır. 1/4 finala 4 , 1/2 finala 2 komanda ilə çıxan ingilislər deyəsən bu il final üzü görə bilməyəcəklər.

Tural Rzazadə

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: