Ana səhifə / Dünya / David Zalkaliani: Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı müştərək komissiya yaxın vaxtlarda fəaliyyətə başlayacaq

David Zalkaliani: Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı müştərək komissiya yaxın vaxtlarda fəaliyyətə başlayacaq

Biz Azərbaycan tərəfi ilə mütəmadi danışıqlar aparırıq və yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müştərək komissiya fəaliyyət başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir deyib: “Məsələ ilə bağlı azərbaycanlı həmkarım ilə mütəmadi əlaqə saxlayırıq. Biz artıq bir sıra məsələlərdə, o cümlədən sərhədlə bağlı müştərək komissiyanın işinin bərpası barədə razılıq əldə etmişik”.

D.Zalkaliani son günlər “Keşikçidağ” məbədi (David Qareci) ətrafında gedən proseslərə də münasibət bildirib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və “Keşikçidağ” məbəd kompleksi ilə bağlı məsələ çox həssas olduğu üçün biz bu cür problemlərə həssaslıqla yanaşırıq”.

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: