Ana səhifə / Mədəniyyət / Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 96 illiyi Fəxri xiyabanda ümumxalq ziyarəti, həmçinin regionlarda silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da səhər Fəxri xiyabana başlayan insan axını axşam saatlarınadək davam edib. Bura üz tutan hər kəs ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini minnətdarlıq hissləri ilə xatırlayır.

Azərbaycanlı olduğu ilə fəxr edən Heydər Əliyevdən söhbət düşəndə insanlar ilk növbədə, Ulu Öndərin dövlət müstəqilliyimizin dönməzliyini və əbədiliyini təmin etdiyini, onun xilaskarlıq missiyasını, ölkəmizi inkişaf yoluna çıxardığını xüsusi vurğulayırlar.

Fəxri xiyabana gələn ziyarətçilər arasında bütün nəsillərin, bütün təbəqələrin nümayəndələri vardı. Onların hamısını buraya Heydər Əliyevə olan məhəbbət çəkib gətirib.

AZƏRTAC-ın müxbirləri Fəxri xiyabanda müxtəlif nəsillərin nümayəndələrindən, ayrı-ayrı peşə sahiblərindən müsahibələr alıblar.

Müsahibələrin bir neçəsini təqdim edirik.

Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup Qarabağ əlili Maarif Səfərov:

— Dahi rəhbərimizin xilaskarlıq missiyası, gördüyü işlər haqqında çox danışmaq olar. Təkcə onu deməklə kifayətlənirəm ki, ölkəmizdə yaranmış xaos və özbaşınalıqlara, dərin böhrana Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qısa vaxt ərzində son qoyuldu.

Biz Qarabağ müharibəsi əlilləri dövlətin diqqət və qayğısını öz üzərimizdə daim hiss edirik. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bizə dayaq və dəstək olur. Qarabağ əlillərinin və şəhid ailələrinin problemləri ilə yaxından maraqlanan dövlətimizin başçısı bu il bir sıra fərman və sərəncamlar imzalayıb. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunub, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin edilib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əmr etsə, biz Qarabağ qaziləri əlimizə silah alıb döyüşə getməyə hazırıq.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli:

— Heydər Əliyev tarixdə əbədi yaşayacaq. O, dünya şöhrətli dövlət xadim idi. Hələ sovet dönəmində Azərbaycanın siyasi, iqtisadi, mədəni yüksəlişinə nail olmuşdu. Təsadüfi deyil ki, respublikamız o dövrdə hər il keçici qırmızı bayraqlar alırdı. Onun şəxsində cəsarət, müdriklik, işgüzarlıq, təcrübə bir-biri ilə birləşərək vəhdət yaradırdı. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu müstəqilliyi Heydər Əliyevin siyasi iradəsi sayəsində qoruya və möhkəmləndirə bildi. Biz xoşbəxt xalqıq ki, ulu öndərimizin Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha dinamik yolu inkişaf yoluna çıxarıb. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev də yaşayacaq.

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə:

-Ulu öndər Heydər Əliyevin anadan olduğu gün cəmiyyətin hər bir təbəqəsindən olan insanlar onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlirlər. Bu, hər birimizin mənəvi borcudur. Çünki Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Onun əziz xatirəsi hər zaman xalq tərəfindən ehtiramla anılır. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz siyasi və iqtisadi inkişaf yoluna çıxdı, dünyada söz sahibi ola bildi.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın elminə, mədəniyyətinə, demək olar ki, həyatın bütün sahələrinə diqqət və qayğı ilə yanaşıb. Bu gün ölkəmiz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral:

-Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Dahi şəxsiyyət fəaliyyətinin bütün dövrlərində Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev türkdilli ölkələr və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi üçün də mühüm xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə böyük önəm verib. Onun xatirəsi bizim üçün də əzizdir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biridir.

Ağdam rayon Xındırıstan kənd sakini Əliabbas Eyvazov:

-Ulu öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrinə səfərlər edər, əmək adamları ilə görüşərdi. Odur ki, kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələrinin bununla bağlı gözəl xatirələri var. Mən də həmin görüşlərdən birinin iştirakçısıyam. Ümummilli lider Heydər Əliyev 1972-ci ildə kəndimizə gələrək, pambıq tarlalarını gəzdi, əməkçilərlə söhbət etdi, qayğıları ilə maraqlandı. Sonra isə kənd təsərrüfatı texnikaları parkına baş çəkdi və orada çalışanlarla bir-bir görüşdü. Mən orta məktəbi yenicə bitirib çilingər köməkçisi işləyirdim. Ulu Öndər bir kənarda dayanan ustama və mənə tərəf dönüb soruşdu: “Bəs siz niyə mənimlə görüşmürsünüz”. Ustam əllərini göstərib dedi: “Əllərimiz mazutludur, yoldaş Əliyev. Ona görə”. Heydər Əliyev mehribanlıqla gülümsədi: “Elə əsl sıxılmalı sizin əllərinizdir, zəhmətkeş əlləri”, — deyərək bizə yaxınlaşdı. Əlimizi sıxıb bizə uğurlar arzuladı. Həmin görüş, bu böyük insanın sadəliyi, mehribanlığı bizdə böyük təəssürat oyatdı və xoş xatirə kimi yaddaşıma əbədi həkk olundu.

Xaçmaz sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon nümayəndəliyinin sədri Fərhad Şeydayev:

— Vətənini canından çox sevən Ulu Öndər bütün mənalı ömrünü ölkəmizin inkişafına həsr edib. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra keçmiş SSRİ-nin geridə qalan ölkələri sırasında olan Azərbaycan qabaqcıl respublikaya çevrildi. Sonralar, müstəqillik dövründə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əsası da məhz Heydər Əliyev tərəfindən qoyuldu. Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atıldı.

Ümummilli Lider tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf konsepsiyası hazırda regionları da əhatə edir. Ulu Öndərin iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrimizin siması tamamilə dəyişib. O cümlədən Xaçmaz rayonuna da bu inkişafdan pay düşüb.

X X X

Fəxri xiyabana insan axını bütün günü davam etdi. Burada yaşanan izdiham xalqın öz Ümummilli Liderinə, xilaskarına dərin ehtiramdan, tükənməz sevgisindən xəbər verirdi. Bu ehtiram və sevgi heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Ürəklərdə özünə əbədi abidə ucaltmış Heydər Əliyevin parlaq ideyaları yollarımıza işıq saçır, bizi daha xoşbəxt gələcəyə aparır.

 

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: