Ana səhifə / İqtisadiyyat / Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ali Məhkəmə tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Gəncə şəhərində, Cinayət kollegiyasının sədri Şahin Yusifov Samuxda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev isə Göygöl rayonunda vətəndaşların qəbulunu keçiriblər.

Qəbullar zamanı məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə Ali Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri bu mühüm Fərmanın məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “Yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: