Ana səhifə / Dünya / Qadın polis əməkdaşı pauerliftinq üzrə Avropa çempionu olub

Qadın polis əməkdaşı pauerliftinq üzrə Avropa çempionu olub

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

Qadınların yarışında dartma hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq qızıl medal qazanıb.

Xatırladaq ki, polis baş leytenantı Ədilə Qurbanova karate və pauerliftinq ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz iki dəfə dünya kubokunun qalibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksələn Ə.Qurbanova pauerliftinq üzrə üç dəfə respublika birincisidir.

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: