Ana səhifə / İqtisadiyyat / SÜRƏTLİ AVTOMOBİL YOLLARIMIZDA NƏLƏR BAŞ VERİR?

SÜRƏTLİ AVTOMOBİL YOLLARIMIZDA NƏLƏR BAŞ VERİR?

         Bu günlər əməkdaşlarımız ayrı-ayrı bölgələrdə olur, respublikamızın əsrarəngiz təbiətindən, müxtəlif peşə sahiblərindən, ölkəmizin gözəl guşələrindən, insanların sosial qayğılarından  yazılar hazırlayırlar. Gözəl Azərbaycanımızın füsunkar təbiəti, iqtisadi inkişafı insanı riqqətə gətirir. Əfsuslar olsun ki, bu inkişafa mane olan bəzi hallar həm ölkə vətəndaşlarında, həm də xarici turistlərdə, qonaqlarımızda mənfi təəssürat yaradır.

Böyük maliyyə hesabına çəkilən avtomobil yolları bizi sevindirir. Yaradılan rahatlıq insanların sosial-rifahına, maddi-mənəvi həyat tərzinin yaxşılaşdırılmsına xidmət edir. Əfsuslar olsun ki, bəzi neqativ hallar, məsuliyyətsiz yanaşma bu inkişafa öz mənfi təsirini də göstərir. Bakı-Ələt, Ələt-Astara yolunda gördüyümüz hallar yuxarıda sadaladıqlarımıza əyani sübutdur. Yeni standartlara uyğun çəkilən yollarda artıq yaranan yarğanlar, yamaqlar, çüxur və çöküntülər azmış kimi, sürəti saatda 110-120km olan yollarda mal -heyvanın da olması ağır avtomobil qəzalarının yaranmasına səbəb olur. Təəccüblüdür ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün mühafizə vasitələrindən istifadə olunsa da, mal-qara yenə də yollarda sürücülərin rahat hərəkətinə ciddi maneə yaradır. Beynəlxalq əhəmiyyətli yollarda baş verən bu hallar nədənsə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətindən yayınır. Özü də təkrar-təkrar. Bu nədir, səhlənkarlıq, yoxsa məsuliyyətsizlik? Qoy bu sualımızın cavabını AAY Dövlət Agentliyi özü versin. Bizsə mövzuya qayıdacağıq!

Füzuli Əfqanoğlu, «Hakimiyyət» qəzeti

 

 

PAYLAŞMAQ:

Haqqında qarayev

Həmçinin oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

... ?>

Поделиться в соц. сетях: