Ana səhifə / Elm və təhsil

Elm və təhsil

Sinqapurda yüklərin gəmilərə dronlar vasitəsilə çatdırılması sınaqdan keçirilir

Sinqapurda kiçik həcmli yüklərin pilotsuz uçan aparatlarının köməyi ilə reyddə dayanan gəmilərə və tankerlərə çatdırılması sınaqdan keçirilir. AZƏRTAC “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, bu, dünyada ilk belə eksperimentdir. Sinqapurun Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi, həmçinin Dəniz və Liman İdarəsindən verilən məlumata əsasən, pilotsuz uçan aparatların bu məqsədlər üçün …

Ətraflı

Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq “AZ-GRANATA” MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması barədə informasiyalar yayılıb. AZƏRTAC bununla bağlı …

Ətraflı

Azərbaycan İlahiyyat İnstitutunun “DOST xonçası” 83 yaşlı Validə Mahmudovaya təqdim olunub

Azərbaycan İlahiyyat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Binəqədi rayonunda tənha yaşayan 83 yaşlı Validə Mahmudovanın qonağı olub, kollektiv adından yaşlı qadının bayramını təbrik ediblər. Xatırladaq ki, bu xeyirxah aksiyada məqsəd tənha …

Ətraflı

Bakıda VII Qlobal Forum işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşdü. Sonra birgə foto çəkdirildi. Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində …

Ətraflı

Günah və onun gətirdiyi bədbəxtliklər

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax! Müstədrəkul-vəsail /11/330. Biharul-ənvar /77/79. *** Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir. Biharul-ənvar /70/17. *** İmam …

Ətraflı

BSU-da “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib

Martın 12-də Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva hər il olduğu kimi bu il də yazın gəlişinin universitetdə xüsusi …

Ətraflı

Lənkəranlı gənc müəllim bir neçə dəqiqəyə dünya ölkələrinin xəritələrini çəkir

Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan gənc müəllim Vüsal Cabbarov qeyri-adi bacarığa malikdir. O, dünya ölkələrinin xəritələrini bir neçə dəqiqəyə çəkməklə onların coğrafi mövqeyi barədə də məlumat verir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca tarix müəllimi olan Vüsal Cabbarov ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər də yaradır. …

Ətraflı

Nəsimi anadilli yazılı ədəbiyyat tarixində sözün bədii qiymətini ilk dəyərləndirən sənətkardır

Azərbaycan ədəbi dili və ədəbiyyatı tarixində bütövlükdə XIV əsr təkcə İmaməddin Nəsiminin “Söz” qəzəli ilə təmsil oluna bilər. Nəsimi anadilli yazılı ədəbiyyat tarixində sözün bədii qiymətini ilk dəyərləndirən sənətkardır. AZƏRTAC bununla bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsimi şeirində sözün hikmətləri” …

Ətraflı

Badamdar qəsəbəsində bayram tədbiri keçirilib

Martın 12-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək Prezident İlham Əliyevin bütün sahələrə diqqət yetirdiyini, şəhid ailələrinin xüsusi qayğı ilə əhatələndiyini vurğulayıb. Bildirib ki, 2019-cu il ölkəmizdə iqtisadi inkişafla başlayıb. Müavinətlər, pensiyalar artırılıb. Novruz bayramınadək …

Ətraflı

ABŞ-da birbaşa yayımlanan radio proqramda ölkəmizdəki tolerantlıq mühitindən və iqtisadi inkişafdan danışılıb

Azərbaycan haqqında reportajlar hazırlayan ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və 77WABC radiosunun aparıcısı Con Baçelor Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi ilə tanış olublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin idarə heyətinin sədri Rodderix Mark Leffler tanınmış amerikalı jurnalistlərə müsahibə verərək, buradakı …

Ətraflı