Ana səhifə / Dünya

Dünya

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib. AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi. Əvvəlki illərdə Elmlər …

Ətraflı

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Arsenalın erməni futbolçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsinə dair açıqlama ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, bununla bağlı sualı cavablandıran Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib: “İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu il mayın …

Ətraflı

Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb

ürkiyə Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda keçirilən “Denizqurdu-2019” təlimlərinə qatılan Türkiyəyə aid “Burgazada” korveti, Yunan hücum gəmisi “Kristalidis”in hücumuna məruz qalıb. AZƏRTAC xəbər verir ki, edilən xəbərdarlıqdan sonra bölgədən ayrılmağa məcbur olan Yunan gəmisinin beynəlxalq qaydalara əməl etmədiyi və naviqasiya təhlükəsizliyini pozduğu kameralarla qeydə alınıb. Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, “Burgazada” …

Ətraflı

Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ölkədə növbədənkənar seçkilər keçiriləcəyini elan edib. AZƏRTAC xəbər verir ki, Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə bağlı sensasiyalı videomaterial mətbuatda yayımlandıqdan sonra ölkədə siyasi böhran yaranıb. Vitse-kansler H.K. Ştraxe tutduğu bütün siyasi vəzifələrdən istefa verdikdən sonra koalisiyalı hökumətin işini davam etdirilməsi ilə bağlı Avstriya Xalq …

Ətraflı

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb. AZƏRTAC xəbər verir ki, «Dare to Dream» («Arzulamağa cürət et») şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə birincilik uğrunda mübarizə aparır. Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da …

Ətraflı

«Çelsi» və «Arsenal» azərkeşlərinə əlavə 6000 bilet və çarter uçuşları

AFFA Avropa Liqasının finalına gələcək «Çelsi» və «Arsenal» azərkeşlərinə daha 6000 bilet və əlavə çarter uçuşları söz verib. UEFA 2 gün öncə yaranmış xaotik vəziyyətə görə üzr istəyib və hər iki komandanın 4000 km uzaqlıqda yerləşən Londondan gəlməsinə görə çətinlik yarandığını təsdiqləyib. Futbol fanatlarında yaranan narahatçılığın əsas səbəbi 68000-lik Bakı …

Ətraflı

Dörd güləşçimiz dünya çimərlik oyunlarına vəsiqə qazanıb

Oktyabrın 10-dan 15-dək ABŞ-ın San-Dieqo şəhərində idmanın 17 növü üzrə birinci dünya çimərlik oyunları keçiriləcək. AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, oyunların proqramında çimərlik güləşi də yer alıb. Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində, mayın 10-11-də isə Rio-de-Janeyroda dünya çimərlik oyunlarına lisenziya xalları verən dünya seriyası turnirləri keçirilib. Ölkəmizi bu …

Ətraflı

Qadın polis əməkdaşı pauerliftinq üzrə Avropa çempionu olub

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında …

Ətraflı

Gürcüstanda mədən işçiləri aclıq aksiyasına başlayıblar

Gürcüstanın Çiatura şəhərində əməkhaqlarının bir neçə dəfə artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edən mədən işçiləri mayın 17-də aclıq aksiyasına başlayıblar. AZƏRTAC xəbər verir ki, mədən işçiləri «Gürcüstan manqanı» şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin şirkət rəhbərliyi onların istəklərini nəzərə almayıb. Bundan sonra 15 nəfər mədən işçisi …

Ətraflı

Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Onlardan biri «Rojbin Gaver Mizgin» ləqəbli Raife Kutlak adlı qadındır. AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKK\KCK terror …

Ətraflı