Səbail rayonu ərazisində marketdən oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar

13.12.2019 Off By admin

Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisində – Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğa cəhdin qarşısı marketin işçiləri tərəfindən alınıb. Lakin həmin şəxslər bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu polis bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Share