“Ədəbi proses” kitabının altıncı cildi çap olunub

09.01.2020 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses 2018 (VI cild)” kitabı nəşr edilib. Bu cild institutun elmi şurasının qərarı ilə çap olunub. Nəşrin redaksiya heyətinə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Aygün Bağırlı, Vaqif Yusifli (məsul redaktor), Mehman Həsənov, Elnarə Akimova, Nərgiz Cabbarlı daxildir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, altıncı cild akademik İsa Həbibbəylinin “Ədəbi proses hərəkatında yeni dalğa” adlı yazısı ilə açılır. Ənənəvi olaraq “Hədəf” nəşriyyatında işıq üzü görmüş kitabda Ədəbiyyat İnstitutunun 24 əməkdaşının müxtəlif mövzularda məqalələri yer alıb. Məqalələrdə 2018-ci ilin ədəbi prosesi poeziya, bədii nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunub.