Ədliyyə nazirindən yeni təyinat
17.02.2020Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.
Day.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.
Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.
Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb.