Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub
15.02.2020Cümə günü axşam Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinə endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vilayətin qubernatoru Attaulla Xoqyani hava zərbələrinin Karak kəndinə endirildiyini deyib.
Onun sözlərinə görə, yerli sakinlər bazardan gələrkən atəş altına düşüblər.