Əfqanıstanda “Taliban” silahlıları ilə toqquşmada 11 polis həlak olub

16.01.2020 Off By admin

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətində silahlılarla toqquşmada azı 11 polis əməkdaşı həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı yerli hakimiyyət orqanlarına istinadla Sinxua agentliyi yayıb. Dünən baş verən toqquşma zamanı, həmçinin “Taliban” hərəkatının 10 silahlısının da öldürüldüyü bildirilir.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Share