Əfqanıstanla sərhəddə Pakistan ordusunun 6 əsgəri həlak olub

Əfqanıstanla sərhəddə Pakistan ordusunun 6 əsgəri həlak olub

27.07.2019

16:02

Əfqanıstanla sərhəddə Pakistan ordusunun 6 əsgəri həlak olub. AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, bu məlumatı Pakistan Silahlı Qüvvələrinin qərargahı yayıb.

Məlumatda bildirilir ki, Pakistanın Şimali Vəziristan rayonunun Gurbaz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd-buraxılış məntəqəsi Əfqanıstan tərəfindən atəşə tutulub. Burada xidmət edən 6 əsgər həlak olub, bir neçə hərbi qulluqçu da yaralanıb. Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi bildirib ki, terrorçular Pakistan ordusunun əsgərlərinin bu ərazidə keşik çəkdiyi bütün sərhədboyu məntəqələri atəşə tutublar. Əsgərlərin açdığı cavab atəşindən sonra silahlı qruplaşmanın üzvləri dağlara qaçıblar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email